Hər hansı bir obyekti layihələndirmək üçün gələcək mənzərənin bəsit şəklini çəkmək kifayət deyil. Layihələndirmə prosesi dəqiq təhlillərlə aparılması və bunun da nəticəsi əsasında müştəri üçün layihənin real təsvirinin yaradılmasıdır.
Layihələndirmə mərhələsində əsas məqsəd həyata keçiriləcək yenilənmə işlərinin çertyojunu hazırlamaq və təhlükəsizlik tədbirləri üzərinə daha çox diqqət ayırmaqdır.
Layihənin icrası zamanı sifarişçinin tapşırıqları, tikinti normaları və texniki nizamnamə tələbləri, həmçinin tikinti sahəsinin spesifik vəziyyəti nəzərə alınır