MLK Construction Group haqqında

Öz təcrübəsi, toplanmış bilik və müasir texnologiyaların tətbiqi sayəsində “MLK Construction Group” MMC şirkəti tikinti və dizayn işlərinə ən əlverişli təkliflər təqdim edir. Biz iş və materialların ən yüksək keyfiyyətinə, tikinti qaydalarına, müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün işin minimum başlanğıc və bitirilmə müddətinə ciddi riayət olunmasına zəmanət veririk

Şirkətimizin təqdim etdiyi xidmətlər:

Eksteryer dizayn xidmətləri

Landşaft dizaynı

Layihələndirmə və sənədləşdirmə

Layihə qiymətləndirilməsinin işlənməsi və hazırlanması

Təmir və tikinti işlərinin aparılması

Təmir və tikinti işinin bütün mərhələlərində idarə edilməsi

Dekor işlərinin aparılması

Memarlıq obyektlərinin işıqlandırılması

Fasad memarlıq elementlərinin dizaynı.

Bəllidir ki, dünyada artan ehtiyaclar, inkişaf edən texnologiya ilə birlikdə insanlar daha modern, daha keyfiyyətli və daha gözəl evlər, iş yerləri, ticarət mərkəzləri və s. ilə təmin olunmaq istəyirlər. Buna görə də biz sifarişçilərimizə geniş imkanlar, əlverişli şərtlər yaradaraq işimizi bu istiqamətdə inkişaf etdiririk.

Bütün bunlara nail olmaq üçün şirkətimiz daim tikintinin müasir metodlarına, beynəlxalq standartlara yiyələnir və fəaliyyətində tətbiq edir. Məhz bunun nəticəsi olaraq “MLK Construction Group” MMC şirkəti layihələri bütün parametrlərinə görə öz orijinallığı ilə seçilir və müasir tələblərə cavab verir.

Peşəkarlar sayəsində sizə müasir və keyfiyətli proyektlər təklif edərək həmin proyektləri qısa vaxt ərzində yüksək keyfiyyətlə reallığa çevirir.

Şirkət, eyni zamanda memarlıq və inşaat sahəsində baş verən bütün yenilikləri yaxından izləyərək, ortaya çıxan yeni özünə məxsus metod və texnologiyaları, istər layihələndirmə və istərsə inşaat mərhələsində tətbiq edir